Keçmiş gəlinindən Mətanət İsgəndərliyə MESAJ: Sentyabrda Bakıya qayıdacam və… – FOTO

“Mən Azərbaycanı çox ümidsiz şəkildə, məcbur tərk etdim. Sinirlərim tab gətirmədi”.

Bunu Reallıq Tv-ye açıqlamasında Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana deyib.

O bildirib ki, artıq Mətanət İsgəndərli ilə əlaqə saxlamır:

“Müqavilə bağladım ki, biz mehriban olacağıq. Yeni gəlini söz-söhbət yaratdığına görə Mətanət xanım mənim üzərimə gəldi. Dedi ki, sən uşaqlarla evdə görüşməyəcəksən. Halbuki mən uşaqlarımı nənələrinə vermişdim. Oğlu təzə gəlinlə başqa yerdə yaşayırdı. Niyə 3 uşaq aşağı düşüb blokda mənimlə görüşməlidir? Yuxarı qalxdım ki, uşağa aldığım hədiyyəni verim. Mətanət xanım mənə dedi ki, mənim evimə yaxın gəlsən, mənə zəng etsən səni polisə verəcəm. Övladlarıma görə barışdım, başqası olsaydı, barışmazdı. O insan dəyişkən xarakterlidir. Mənə dedi ki, Canana, əgər tək olsaydım, səninçün hər şey edərdim, amma mənə icazə vermirlər. Səninlə mehriban oldum, evdə söz-söhbət yarandı. Ona görə də bizdən uzaq ol. Yəni mən – 3 övlad anası yeni gəlinin yeri rahat olsun deyə uşaqlarımla yalnız çöllərdə görüşə bilərəm. Halbuki o, gəlin gələndə məhkəmə boşanma kağızımızı bizə qaytarmayıb ki, mən onların soyadından çıxım. Bilirdi ki, 3 uşaq üstünə gəlib.

Mətanət xanımın son sözləri mənə çox pis təsir etdi və mən xəstələndim. Evə təcili yardım gəldi, uşaqlarımla görüntülü danışdım. Amma o halımda da onları mənim yanıma gətirmədilər. Ağır vəziyyətdə Rusiyaya getdim və orada müalicə aldım. Salonu, işimi itirdim. Hazırda Türkiyədə yaşayıram. Keçmiş menecerimlə məsləhətləşib moda və film sahəsində təklifləri dəyərləndirirdim. İş qurmalıyam ki, ölkəyə qayıdım və ilk növbədə ev alım. Çünki ev lazımdır ki, övladlarım yanıma gəlsinlər. 18 sentyabrda oğlumun ad günüdür, kiçik qızım isə məktəbə gedəcək. Mütləq Bakıya gəlməliyəm ki, onları görüm. Bakıda hazırda çalışdığım reklam şirkətinin ofisini açacam.

Uşaqlarım əziyyət çəkir. Qızım o gün mənə deyir ki, ana, sən Kərimlə barışsan, mən özümü lap ağıllı aparacam. Sən nənəmlə barışdın deyə mən özümü bir az ağıllı aparıram. Uşaqlarıma dayə baxırdı. O da dözə bilməyib getdi. Hazırda Mətanət xanımın kiçik bacısı övladlarıma baxır. Uşaqlarım komfort həyata öyrəşiblər. Mən ev tutmuşdum, amma gəlib qalmaq istəmədilər. Çünki aylardır evin təmir olunmasını gözləyirlər. Mən onlara deyirəm ki, balalarımın şəraitini verin, ev öz adınızda olsun, mən gəlib övladlarımla yaşayım. Onların 1 evi olsaydı, bu təklifi etməzdim, ən azı 6 evləri var. Axı o ev mənim balalarımın haqqıdır. 3 uşaq ev ola-ola kirayələrdə böyüməməlidir. 21 ilimi o ailəyə həsr etmişəm. Mənim o ailədə zəhmətim olub”.