“Kiyev fürsətdən istifadə etmədi” – Putin

Rusiya Federasiyası Qomeldə danışıqlara hazırdır, Kiyev isə qeyri-ardıcıllıq nümayiş etdirərək, hələ də fürsətdən istifadə etməyib. 

“Reallıq Tv” xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennetlə söhbətində deyib.

“Həmçinin qeyd olunub ki, Rusiya nümayəndə heyəti Belarusun Qomel şəhərindədir və Kiyev nümayəndələri ilə danışıqlara hazırdır, onlar qeyri-sabitlik nümayiş etdirərək bu fürsətdən hələ də yararlanmayıblar”, – məlumatda deyilir.
Qeyd edək ki, bir qədər öncə Ukrayna rəsmiləri Rusiya ilə Qomel şəhərində danışıqlara razılıq veriblər.