Kolizeydə yeni layihə

       İtaliya hökuməti paytaxtının ən məşhur tarixi tikililərindən biri olan Kolizeydə yeni yüksək texnoloji layihə həyata keçirir.

    2023-cü ildə başa çatdırılacaq layihə ziyarətçilərə o dövrdə arenada nələr baş verdiyini daha canlı və yaxından görməyə inkan verəcək.  Qladiatorlar və heyvanların saxlanıldığı gizli dəhlizlər isə yüksək texnologiya sayəsində döşəmənin açılıb bağlana bilən funksiyası ilə ziyarətçilərə təqdim olunacaq.

     İki min il əvvəl tikilən Kolizey Roma imperiyasının ən böyük amfiteatrı olub. 70 min tamaşaçı tutumu olan bu tikili qladiator döyüşləri, heyvan ovları  və edam üçün nəzərdə tutulurdu. Onu həm də su ilə dolduraraq dəniz döyüşlərini də canlandırırdılar.  Məlumat üçün qeyd edək ki, pandemiyadan əvvəl  7 milyondan çox  ziyarətçi məhz Kolizeyi görmək üçün İtaliyaya səfər edib.