KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov : ” KTMT-yə heç bir rəsmi sənəd daxil olmayıb “

     KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, KTMT-nin baş katibi Stanislav Zasla Ermənistanın Müdafiə naziri vəzifələrini icra edən Vaqarşak Arutyunyan arasında növbəti telefon danışığı olub.

       Realliq.tv bildirir ki, Zəngəzur (Qaragöl) istiqamətində sərhədlərin müəyyənləşməsində Ermənistanın yaratdığı dezinformasiya ilə bağlı Vladimir Zaynetdinov RİA-ya açıqlamasında deyib: 

  “Bu situasiya ilə bağlı KTMT-yə heç bir rəsmi sənəd daxil olmayıb, buna baxmayaraq, erməni rəsmi şəxsləri ilə aktiv əlaqələr mövcuddur”, – Zaynetdinov bildirib.

    Qeyd edək ki, Azərbaycan Ordusunun sərhədləri müəyyənləşdirmək üçün qanuni addımlarına qarşı Ermənistan müqavimət göstərir. Bunu “Ermənistanın sərhədlərinə müdaxilə kimi” qələmə verməyə çalışan İrəvan Qarabağın işğalda saxlanıldığı vaxt qanunsuz olaraq bir neçə kilometr qabağa çəkdiyi dövlət sərhədini qorumağa çalışır.