KTMT ölkələrinin Xarici İşlər nazirləri Zəngəzuru müzakirə etdi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov  mətbuata açıqlamasında bildirib ki, KTMT ölkələrinin Xarici İşlər nazirləri Zəngəzur vilayətindəki situasiyanı müzakirə ediblər.

“Biz dünən qeyri-rəsmi rejimdə KTMT Xarici İşlər nazirlərinin işini başlatmışıq. Görüşün gedişində biz erməni həmkarlarımızın xahişini nəzərə aldıq. Buna müvafiq olaraq biz İrəvanla Bakı arasında yaranan situasiyanı müzakirə etmişik”, – deyə Sergey Lavrov bildirib.