Lerik meşələrində növbəti yaşıl soyqırım – Sakinlər dövlətdən kömək istəyir (FOTO)

Lerik sakinləri rayonun meşələrində kütləvi agac qırıntıları ilə bağlı Reallıq.TV-yə məlumat göndəriblər.

Məlumatda deyilir ki, ən çox qırıntıların olduğu Lerik rayonun Gürdəsər meşəbəyliyinin 7 saylı dolayında yerli ekologiya işçiləri izləri itirməyə çalışırlar. Bunun üçünsə kəsilmiş kötüklərin üstünə abtomobillərdə istifadə olunmuş yağlar töküblər.

Sakinlər bildirir ki, təxminən 1 ay əvvəl kəsilmiş ağcaqayın agaclarını yoxlamalar zamanı köhnə qırıntı kimi göstərmək üçün meşə işçiləri min bir hoqqadan çıxırlar. Məsələn, bir neçə gün əvvəl sözügedən dolayda qanunsuz kəsilmiş ağacları ilə bağlı mediada görüntülər yayılandan sonra ekologiya işçiləri həmin agac kötüklərini nömrələyiblər. Halbuki bu dolayda neçə ildir ki, qırma sahəsi nəzərdə tutulmayıb.

Sakinlər meşə qırıntılarında meşə gözətçisi Hafiz Mürşüdovu və Lənkəran Regional Meşə Təsərrüfatında çalışan Sərraf Quliyevi günahlandırırlar.

Reallıq.TV Lerik meşələrində yaşanan yaşıl soyqırımın bir hissəsini təqdim edir: