“Lider tv”-nin əməkdaşını balta ilə doğrayan Orxan Əliyev kimdir? – TƏFƏRRÜAT

“Lider” kanalının əməkdaşı Nahidə Həsənovanı qətlə yetirən həyat yoldaşı Orxan Əliyev haqqında bəzi təfərrüatlar bəli olub.
Reallıq Tv-nin əldə etdiyi məlumata görə, Orxan jurnalist, “Lider” kanalında aparıcı olan Leyla Əliyevanın kiçik qardaşıdır.
Onun qətlə yetirdiyi həyat yoldaşı isə jurnalistin bibisi qızı olub. 
Verilən məlumata görə, Orxan özü o qədər xoş olmayan həyat tərzi yaşayıb. İddia olunur ki, o, narkotik aludəçisi olub. Bundan başqa o dəfələrlə həyat yoldaşına xəyanət edib. Hətta bir dəfə Orxanın sevgilisi keçmiş “Lider” televiziyasına gələrək onun bacısı Leyla Əliyeva ilə münaqişə yaşayıb. Orxanın sevgilisi olan qadın, Leylaya qardaşını sevdiyini və ailəsinin onları ayıra bilməyəcəyini bildirib. 
Nahidə Həsənova “Lider” kanalı bağlanana qədər, oranın əməkdaşı olub.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Orxan Əlıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı N. Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib