Lüksemburqda “Qarabağ” Mədəniyyət Mərkəzininə qarşı vandalizm

        Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Mərkəzinin nümayəndələri səhər işə gələrkən mərkəzin pəncərələrinin sındırıldığını görüblər.

         Mərkəzin nümayəndələri dərhal yerli polisə müraciət ediblər. Lüksemburq polisi informasiya mərkəzinə gələrək, vəziyyətlə yaxından tanış olub. Polislər binanın içərisinə düşmüş daşları əl izlərinin müəyyən edilməsi üçün götürüblər. Polis törədilmiş vandalizm aktı ilə bağlı təhqiqata başlayıb.

       Qeyd edək ki, Lüksemburq “Qarabağ” Mədəniyyət Mərkəzində Azərbaycan mədəniyyəti təbliğ olunur və yerli əhalinin mədəniyyətimizlə tanış olması üçün müxtəlif tədbirlər keçirilir. Lüksemburq “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə mərkəzdə azərbaycanlı mədəniyyət nümayəndələri ilə görüşlər keçirilir. Azərbaycanlı, xüsusilə də Qarabağ bölgəsindən olan rəssamların əsərlərindən ibarət sərgilər təşkil olunur.