Lütfi Zadə adına məntiq olimpiadasının finalçıları açıqlanıb
V sinif şagirdləri arasında təşkil edilən Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.
Realliq.TV Təhsil nazirliyinə istinadən bildirir ki, nəticələrə əsasən, şagirdlərin 20 faizi final mərhələsində iştirak hüququ qazanıb. Finalçıların siyahısı ilə aşağıda təqdim olunan keçid vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, 8 may 2021-ci il tarixində ölkə üzrə 107 mərkəzdə V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi təşkil edilib.
Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.
Lütfi zadə adına məntiq olimpiadasının final mərhələsinə vəsiqə qazananlar