“Məğlubiyyətin təməli 1998-ci ildə qoyuldu” – Levon Ter-Petrosyan

     Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan yerli mətbuata müsahibəsində bildirib ki, son 23 ildə hakimiyyətin avantürist və məsuliyyətsiz siyasəti sayəsində ermənilər özləri məğlubiyyətə düçar oldular.

      Ter-Petrosyan daha sonra deyib: “Məğlubiyyətin təməli 1998-ci ildə mövcud status-kvonun qorunub saxlanılması ehtimalı və bir qarış torpaqdan əl çəkməmək prinsipi barədə yalan inamla qoyuldu. Məğlubiyyətin sonunu Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” – təxribat xarakterli bəyanatı ilə elan etdi. Və bu, Ermənistanın, Qarabağın sonu idi”.