Məhkəmə baş həkim Cəlil Nəzərov barədə qərar verdi

Bakı Apelyasiya Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləmiş Cəlil Nəzərovun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

Realliq.Tv Report-a istinadən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilməyib.

Qeyd edək ki, C.Nəzərov yanvarın 22-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərində saxlanılıb.