Mətanət Ağamirli Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının icraçı katibi vəzifəsinə təyin edildi
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İdarə Heyətinin son bir ilin hesabatı ilə bağlı iclası keçirilib.
İclasda AQSİA-ın İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri vəzifəsinə Mətanət Ağamirlinin namizədliyi irəli sürülüb.
İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri Mətanət Ağamirlinin AQSİA-nın İcraçı katib vəzifəsinə təyinatı dəstəklənib.
Mətanət Ağamirli bundan sonra Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının icraçı katibi kimi fəaliyyət göstərəcək.
Bildirək ki, Mətanət Mirsadiq qızı Ağamirli 1995-2000-ci illərdə “Press Fakt” və “Gündəlik xəbərlər”, “Bizim Əsr” qəzetlərində çalışmışdır.
- 2000-ci ildən etibarən Lider televiziyasında jurnalist, aparıcı, prodüser kimi çalışır.
- 2004-2005-ci illərdə Lider TV-nin Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərmişdir. Ötən illər ərzində “Sədadan sonra”, “Mövqe”, “Portretlər silsiləsindən”, “Səda+”, “Gender”, “Səda 24”, “Seçim” kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı kimi tanınır.
- 2011-ci ildən paralel olaraq “Zəriflik” jurnalının redaktorudur.
- 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunmuşdur.
Xeyirli-uğurlu olsun.