“Maariflənmiş Ermənistan”-dan Zəngəzur təklifi

Ermənistanın müxalif “Maariflənmiş Ermənistan” partiyasından olan millət vəkili Gevorq Qorqisyan Rusiya qoşunlarının Zəngəzur bölgəsində yerşləşdirilməsini təklif edib.
Gevorq Qorqisyan partiyanın qurultayında bəyan edib ki, Ermənistan Rusiya ilə hərbi əməkdaşlığını genişləndirməli, həmçinin Azərbaycan-Türkiyə risklərinə qarşı Sünikdə Rusiya hərbi kontingenti yerləşdirilməlidir.
Partiyanın proqramını təqdim edən Qorqisyan bildirib ki, Ermənistan öz hərbi qüvvələrini bərpa etməli, ordunu yenidən qurmalı, yeni hərbi doktrina qəbul etməli, sərhədlərinin mühafizəsini isə peşəkarlara tapşırmalıdır.