“Mahnı dağlarda qaldı” – İlyas Əfəndiyev 107
Bu gün nasir, dramaturq, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) olan İlyas Məhəmməd oğlu Əfəndiyevin ( 26 may 1914 – 3 oktyabr 1996 ) doğum günüdür.
Xalq yazıçısı İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiy yatının görkəmli yaradıcılarından biridir. O, bütün fəaliyyəti boyu bədii yaradıcılıq sahəsində ardıcıl mövqe tutmağa, yorulmadan daim yazıb-yaratmağa üstünlük vermişdir. Müxtəlif qəzet və jurnal redaksiyalarında, Yazıçılar İttifaqında, nəşriyyatlarda tutduğu vəzifələr də yaradıcılıq işi ilə bağlı olan sahələrdir. İlyas Əfəndiyev həyatını bütövlüklə böyük ədəbiyyata həsr etmişdir. Bədii yaradıcılıq onun yazıçılıq peşəsinin, fəaliyyət sahəsinin yox, həm də idealının ifadəsi idi.
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü ildə Füzuli şəhərində tacir ailəsində anadan olmuşdur. Azərbaycanın bolşeviklər tərəfindən istilasından sonra Qarabağda tanınmış bir nəslin nümayəndəsi olan Əfəndiyevlər ailəsi də reprecciyalara məruz qalmış, ailənin bütün mal-mülkü , ev-eşiyi müsadirə olunmuşdur. Orta məktəbi bitirdikdən sonra İlyas Bakıya gəlmiş, Ali Pedaqoji İnstitutun coğrafiya fakültəsinə daxil olmuşdur.O, yoxsulluq ucbatından qiyabi təhsilə keçməyə məcbur olmuş, əmək fəaliyyətinə orta məktəbdə müəllim kimi başlamışdır.O, bu müqəddəs vəzifəni – yeni nəslin tərbiyəsinə xidməti daha böyük vətəndaşlıq ləyaqəti ilə bədii yaradıcılıqda davam etdirmişdir.
İlyas Əfəndiyevin “Kənddən məktublar” adlı ilk hekayələr kita- bmm çapdan çıxdığı 1939-cu ildən, 1996-cı ildə səhnəyə çıxanlmış axırmcı bədii əsəri sayılan «Hökmdar və qızı» pyesinə qədər keçilən 57 illik bir dövrün demək olar ki, hər ilinin ciddi yaradıcılıq nümunələri vardır. XX əsr Azərbaycan ədəbiyyatmm böyük bir dövrü İlyas Əfəndiyevin yaradıcılıq tərcümeyi-halı ilə bir yerdə inkişaf etmişdir.
Zamanın arxasınca getməyib, daha çox zamanı arxasmca aparmağa çalışan xalq yazıçısı təkcə qəhrəmanlarını yox, oxucusunun da düşüncələri və baxışlarını irəli aparmışdır. “Geriyə bax ma, qoca” əsərində o, özünün də yazdığı kimi, ən çətin şəraitdə də daim irəliyə baxmış, həmişə müasirlik ruhu ilə yaşayıb-yaratmışdır.
İlyas Əfəndiyevin müasirlik anlayışı bir çox məqamlarda zamanı qabaqlamış, “Körpüsalanlar” romanında olduğu kimi, müəyyən mübahisələrə də səbəb olmuşdur. Azərbaycan ədəbiyyatında müasir ədəbi qəhrəman “Körpüsalanlar” romanın dakı Səriyyənin taleyindən keçərək ideoloji mühitin buxovlarınıı qırmış, real həyata doğru inkişaf etmişdir.
İlyas Əfəndiyev ədəbiyyatımızda lirik-psixoloji nəsrin əsas yaradıcılarındandır. Təhkiyəsindəki lirizm onun bədii düşüncəsinin obrazlı təqdimatını şərtləndirir. İlyas Əfəndiyevin nəsr əsərlərindəki nağılvarı bədii təhkiyə həyatın reallıqlanın cəlbedici və koloritli şəkildə təsvir etməyə şərait yaradır. Onun bəzi hekayələri mənsur şeir təəssüratı doğurur. Bu mənada «Kənddən məktublar» (1939) kitabındakı hekayələr səmimiyyətinə, emosional düşüncə tərzinə və nağılvarı təhkiyəsinə görə əsl mənada təbii bir məktub təsiri bağışlayır. Bu, Azərbaycan kəndistanının bədii ədəbiyyat for matında ifadə olunan məktublarıdır.
İlyas Əfəndiyevin əsərlərinin dili və üslubu sadə, aydın və şəffafdır. Bu mənada «Bahar suları» povesti yazıçının əsərlərindən birinin adı olmaqla bərabər, həm də ədibin yaradıcıhındakı təbiiliyin də ifadəsidir. «Sarıköynəklə Valehin nağılı» əsəri roman səviyyəsində nağıldır. Gerçəklik və macəra, adilikdə dərinlik «Sarıköynəklə Valehin nağılı» romanının ruhunu, aparıcı xəttini müəyyən edir. Janrından və həcmindən asılı olmayaraq, bütün əsər boyu bədii təhkiyəni eyni yüksək səviyyədə axıradək davam etdirmək İlyas Əfəndiyevin yaradıcıhğının «nağılıdır».
İlyas Əfəndiyevin dram əsərləri Azərbaycan ədəbiyyatmda lirik-psixoloji dramaturgiyanın möhkəm bünövrəsidir. O, dram əsərləri ilə insanın mənəvi aləmini, daxili dünyasım, dərin yaşan- tılarmı, həyəcanlarını, iztirablarını, ümidlərini böyük səhnədə məharətlə canlandırmışdır. Xalq yazıçısının “Sən həmişə mənimləsən” (1964), “Unuda bilmirəm” (1968), ‘‘Məhv olmuş gündəliklər” (1969), “Mahnı dağlarda qaldı” (1971) kimi dərin lirizmi və ondan mühüm olan realizmi ilə səhnədə və ədəbiyyatda möhür salan dram əsərləri Azərbaycan teatrının və dramaturgiyasının tarixində və taleyində fərqli hadisələrdir.
İlyas Əfəndiyevin tarixi mövzuda yazılmış əsərlərində də tarixdən alınınış hadisələr və şəxsiyyətlər müasirliyin bədii ifa dəsinə xidmət etmək funksiyasım həyata keçirir. Ədibin tarixi mövzulara və müasir problemlərə həsr olunınuş əsərləri yeni insanı və yeni zamanı hazırlamağa xidmət etmişdir. “Xurşidbanu Natə van” (1981), “Şeyx Məhəmməd Xiyabani” (1986) kimi dram əsərləri milli-azadlıq hərəkatına həsr olunınuş qiymətli və ibrətamiz sənət əsərləridir. Yazıçının tarixi mövzuda yazılmış əsərlərində müasir dövrün çağırışları vardır.
Azərbaycan ədəbiyyatı miqyasında geriyə baxanda da, irəliyə nəzər salanda da xalq yazıçısı İlyas Əfəndiyevin simasında bizim çətin, qəribə və şərəfli taleyimizin unudulmaz, ibrətamiz anlarını və işıqlı sabahlarını görmək mümkündür. Yazıçı “Kənddən məktublar”la başlanan, “Söyüdlü arx”lardan, “Aydınlıq gecələr”dən keçən, “Bahar sulan” ilə durulan zəngin yaradıcılığı həyatın reallıqlarının romantikası ilə birlikdə canlı və təsirli şəkildə təqdim edir. “Sanköynəklə Valehin nağılı” romanı bütövlükdə İlyas Əfəndiyev nəsrinin nağılıdır. İlyas Əfəndiyevin dram və nəsr əsərləri orijinal təhkiyəsi və mahiyyəti etibarilə Azərbaycan ədəbiyyatmm da özünəməxsus nağılı sayılmağa layiqdir. Bu mənada «Sən həmişə mənimləsən» pyesi İlyas Əfəndiyevin qiymətli və mənalı bir dram əsərinin adı olmaqla bərabər, həm də yazıçı və zaman münasibətlərində sənətkarın özünün də xoşbəxt taleyini əks etdirir.
“İ.Əfəndiyevin bəzi pyeslərində tarixi hadisələrə və şəxsiyyətlərə də yer verilir. «Mahnı dağlarda qaldı», «Xurşidbanu Natəvan», «Şeyx Xiyabani», «Hökmdar və qızı» kimi pyeslərində vəziyyət belədir.
«Xurşidbanu Natəvan» pyesində hadisələr XIX əsrdə yaşamış görkəmli Azərbaycan şairəsi, «Xan qızı» ləqəbi ilə Qarabağda məşhur olan X.Natəvanın həyat və fəaliyyətinə həsr olunınuşdur. «Mahnı dağlarda qaldı» əsərindən fərqli olaraq, «Xurşidbanu Natəvan» pyesinin əsasında real tarixi şəxsiyyət durur. Lakin… müəllif tarixi fakt və hadisələr dalınca qaçmır, dövrün ruhunu əsas tutaraq insan və onun mənəvi dünyasını bu və digər baxımda diqqət mərkəzinə çəkir.
«Qəribə oğlan» (1973), «Bağlardan gələn səs» (1975), «Xurşidbanu Natəvan» (1979), «Büllur sarayda» 1983) – bir daha göstərir ki, İlyas Əfəndiyevin dramaturgiyasında ideya-bədii cəhətdən varislik güclüdür, müəllif kəşf etdiyi mövzu və problemlə uzun müddət yaşaya və qidalana bilir.
İ.Əfəndiyev pyeslərində möhkəm ictimai əsaslar üzərində dayanan nəcib və təmiz əxlaqı təbliğ edir, o yalnız kef çəkməyə və eyş – işrətlə yaşamağa- . çalışan, bayağı insanlara qarşı tamaşaçıda böyük nifrət hissi oyadır təmiz, işgüzar adamları onlara qarşı qoyur. Onun dramaturgiyasında psixoloji vəziyyətlərə böyük yer verilir: o həyatı düşünən və yaradan …adamların xarakterindəki tipik cəhətləri, yeni keyfıyyətləri düzgün başa düşür və yadda qalan surətlər yaradır.
Yazı müəllifləri: A.Abbasov, Ə.Ağayev