Manaf Ağayevin Füzuliyə səfərinə görə polis polkovnik-leytenantı işdən çıxarıldı

Müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfərinə görə polis polkovniki xidmətdən kənarlaşdırılıb.

Bu barədə “Reallıq Tv”-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azadlığa çıxan Manaf Ağayevdən AÇIQLAMA

“Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi – polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub”, – məlumatda deyilir.

Qeyd edək ki, Füzuli rayonuna qanunsuz səfər edən müğənni Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov hər biri 15 sutka müddətinə həbs olunmuşdu.