Manatın dövretmə sistemi 0,48 bənd azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə bu il mayın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,6 bənd təşkil edib.

Realliq.TV Mərkəzi Banka istinadən bildirir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,12 bənd az, yanvarın 1-nə nisbətən 0,03 bənd çox, ötən il mayın 1-i ilə müqayisədə isə 0,48 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.