Media nümayəndələri tərəfindən tanınmış jurnalist Araz Zeynalovun sağlıq durumu ilə bağlı Prezidentə MÜRACİƏT ünvanlandı
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşüb və onun sağlıq durumu ilə maraqlanıb.
Xatırladaq ki, böyük jurnalistika təcrübəsinə malik, ömrünü peşəsinə sərf etmiş Araz Zeynalovun səhhətində ciddi problem yaranıb. Jurnalist kardioloji xəstəlikdən əziyyət çəkir.
Bir qrup media təmsilçisi Araz Zeynalovun səhhətində yaranmış ağır durumla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq, kömək istəyiblər.
Müraciətdə bildirilir ki, jurnalistin qarşılaşdığı kardioloji xəstəlik onun üçün həyati təhlükəyə çevrilib. Vəziyyəti son dərəcə ağırdır. Həkimlər Araz Zeynalovun tezliklə cərrahi əməliyyat keçirməsinin vacibliyini bildiriblər.
A.Zeynalov “Azərbaycan gəncləri” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini işləyib. Daha sonra “Panorama” qəzetinin baş redaktoru olub. O, uzun illərdir rusdilli “Vesti.az” saytına rəhbərlik edir.
Araz bəyə tezliklə sağlamlığına qovuşmasını diləyirik.