Medianın İnkişafı Agentliyinin “Jurnalist Evi” MMC-nin balansında olan mənzillərlə bağlı məlumatı

“Jurnalist Evi” MMC-nin balansında olan mənzillərin özəlləşdirilməsi ilə bağlı mediada müxtəlif mülahizələr irəli sürülməsi ilə bağlı  Medianın İnkişafı Agentliyi bu məsələ ilə bağlı bildirib ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə daxil olmuş müraciətlərlə əlaqədar aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb.

” Müzakirələrin nəticələrinə əsasən müəyyən edilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin mənzillərə dair dövlət reyestrindən çıxarış almaq üçün müvafiq dövlət rüsumu ödənilməli və tələb olunan sənədlərlə birlikdə aidiyyəti orqana müraciət edilməlidir. Bu prosedurla bağlı qanunvericilikdə hər hansı istisna nəzərdə tutulub”,- açıqlamada deyilir.

Əlavə olaraq qeyd edilib ki, “Jurnalist Evi” MMC-nin sakinlərinin böyük əksəriyyəti qanunvericiliklə təsbit olunmuş proseduru yerinə yetirməklə heç bir problem yaşamadan mənzillərinə çıxarış alınıb.