Moskvadan Bakıya uçuşlarla bağlı qərar verildi

Bu həftədən etibarən Moskvadan Bakıya uçuşlar həyata keçiriləcək.

Realliq.TV xəbər verir ki, bu barədə “Aeroflot”un məlumatında deyilir.

Bildirilib ki, Moskvadan uçuşlar 17 fevral tarixindən başlayaraq, çərşənbə və bazar günləri həyata keçiriləcək.

Geri dönüş isə bazar ertəsi və cümə axşamları baş tutacaq.

Bundan əlavə, sabahdan etibarən Moskva-İrəvan arasında da aivaəlaqələr bərpa edilir.