Narkotik aludəçisi olan şəxs avtomobili ilə doğum gününü qeyd edən türkiyəli gənci öldürdü

Maltada 33 yaşlı alkoqol və narkotik aludəçisi Ceremi Kamilleri avtomobili ilə fast-food restoranına girərək dostları ilə ad gününü qeyd edən 30 yaşlı Türkiyə vətəndaşı Pelin Kayanı öldürüb.

Reallıq Tv. xəbər verir ki, daha sonra Pelin Kayaya daş atan və ona kömək etmək istəyənlərin qarşısını alan şəxs məhkəmə qarşısına çıxarılıb.

İclasda hadisə ilə bağlı məlumat verən polis müfəttişi Keyt Zəhra “Bu, sadə yol qəzası deyil, qəsdən törədilən qətldir”,-deyə bildirib.

Yanvarın 18-i Çərşənbə günü saat 01:00 radələrində Maltanın Gzira şəhərinin Testeferrata küçəsində baş verən hadisədə Ceremi Kamillerin idarə etdiyi qara rəngli avtomobil əvvəlcə yanacaqdoldurma məntəqəsini zədələyib, daha sonra yaxınlıqdakı fast-food restoranına girib.

Hadisə zamanı restoranda dostları ilə ad gününü qeyd edən 30 yaşlı Pelin Kayanı həlak olub.

Hadisə şahidləri bildiriblər ki, avtomobilin sürücüsü vurduğu qıza daş atıb və ona kömək etmək istəyənlərin qarşısını alıb. Malta polisi elektroşokun köməyi ilə aqressiv davranış nümayiş etdirən avtomobilin sürücüsünü saxlayıb.

Pelin Kayanın yaxınları və Türkiyənin Valletta səfirliyi rəsmilərinin iştirak etdiyi ilk iclasda hakim Co Mifsud 33 yaşlı Kamillierinin qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunmasına qərar verib.