Naxçıvanın təbiətini kimlər talayır?
Ölkə başçısının tapşırığı ilə Naxçıvan Muxtar Respublikasında başlanan yoxlamalar nəticəsində üzə çıxan qanun pozuntuları, vaxtilə Naxçıvana rəhbərlik edən Vasif Talıbov və oğlanlarının, eləcədə qohumlarının korrupsiya əməlləri ciddi rezonansa səbəb oldu. Talıbovların milyonlarla dəyərində ölçülən və qanunsuz yollarla əldə etdikləri obyektlərə nəzər salanda məlum olur ki, dövlət vəsaitləri bəzi şəxslər tərəfindən talanmış və dövlət büdcəsinə milyonlarla dəyərində ziyan dəymişdir.
Aparılan yoxlamalar nəticəsində həbs edilmiş və hazırda istintaqı davam etdirilən məmurların milyonları necə əldə etməsi sualına sadə dillə cavab tapmaq olar. Talıbov sülaləsi 30 ilə yaxındır Muxtar Respublikada siyasi, maddi və administrativ istiqamətlərdə çox güclənib. Ali Məclis sədri Bakı hakimiyyətini tanımırdı. Əlində cəmlədiyi sərhədsiz səlahiyyətdən istifadə edib, özünün xanlığını yaratmışdı. Vasif Talıbov illərdir bu cür hüdudsuz səlahiyyətlər qazanmışdı. Muxtar Respublika rəhbəri dövlətin gücünü özünün gücü saymağa başlayıb və artıq nazirlərə yox, ali rəhbərliyə qarşı da saymazlıq etməyə başlamışdı və Talıbov artıq qorxunc projelərdə yer almışdı. Bu da dövlətin səbir kasasını daşıran son damlaya çevrilib.
Lakin bu mövzuya daha sonrakı yazılarımızda aydınlıq gətirəcəyik və Reallıq.tv – nin Naxçıvanda olan əməkdaşının apardığı geniş araşdırmaları diqqətinizə çatdıracağıq.
Bu gün biz Naxçıvanın ən böyük sərvətlərindən sayılan təbiətinin, flora və faunasının Talıbovlar tərəfindən necə talandığına və məhv edildiyinə diqqət çəkəcəyik. İllərdir Naxçıvan xanı və onun qohumlarının Muxtar Respublikanın təbii sərvətlərini talamaları ciddi narazılıqlara səbəb olub.
Əsrarəngiz təbiəti və zəngin coğrafiyası ilə seçilən Naxçıvan Muxtar Respublikasının cənubda İran, qərbdə Türkiyə ilə Araz çayı boyunca, şimalda və şərqdə isə Ermənistanla Zəngəzur və Dərələyəz silsiləsi ilə həmsərhəd olan unikal məkanda yerləşməsi, buranı təkrarolunmaz təbiət laboratoriyasına çevirib. Qədim sivilizasiyaların və mədəniyyətlərin yaranma mərkəzi olan bu diyar, vəhşi təbiətin də xeyli sayda bitki və heyvan növlərinin yaranmasının təkzibedilməz mərkəzlərindən biri sayılır.
Muxtar Respublikanın iqlimi, onun coğrafi mövqeyi, ərazinin hər tərəfdən dağ silsilələri ilə əhatə olunması və iri su hövzələrindən (dəniz və okeanlardan) uzaqda yerləşməsi bu ərazinin flora və faunasına da öz təsirini göstərib. Hazırda ərazi cəhətdən çox da geniş olmayan muxtar respublikada ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin 160 fəsiləyə, 910 cinsə daxil olan 3020 növü məlumdur. Muxtar respublikanın quru onurğalıları faunasına 3 sinfə aid olmaqla, sürünənlər 39, quşlar 265 və məməlilər 70 növ ilə təmsil olunur. Bunlardan 39 növü nadir və ya məhvolma təhlükəsi altındadır. Hal-hazırda bu diyar məhv olmaq təhlükəsində olan nadir heyvan növlərindən – bəbir (Panthera pardus saxicolor), Manul pişiyi (Otocolobus manul), Qaya keçisi (Capra aegagrus), Dağ qoyunu (Ovis orientalis) və sairin, demək olar ki, axırıncı sığınacaqlarına çevrilib. Belə nadir növlərdən biri də muflon və ya dağ qoyunudur.
Lakin bu gün Naxçıvan təbiətinə, flora və faunasına nəzər yetirəndə məlum olur ki, Talıbovlar 30 illik “xanlıqları” dövründə Muxtar Respublikasının əsrarəngiz gözəlliyinə belə rəhm etməmişlər. Vasif Talıbovun və yaxın çevrəsinin yüzminlərlə qoyun sürüsü, fermalarını dolduran iribuynuzlu malları, taxta və mebel sexləri, daş karxanalrı Naxçıvan təbiətinin məhvinə səbəb olmuşdur. Naxçıvanda olarkən vətəndaşlarla söhbətimiz zamanı da məlum oldu ki, Talıbovlar təbiəti və təbii sərvətlərimizi qorumaq yerinə onları qazanc məqsədilə talamış və vəhşi təbiətə gözəllik verən flora və faunasının axırıncı sığınacağını məhvə məruz qoymuşlar. Culfa rayonun 64 yaşlı sakini Məhəmməd Əliyev əməkdaşımızla söhbət zamanı qeyd edib ki, vaxtil ilə Muxtar Respublika ərazisində müxtəlif bitkilrt və otlara istənilən ərazidə rast gəlinirdi. Otluğun və bitki örtüyünün sıxlığı çöl quşlarının da özləri üçün saxlanc yeri və qida kimi istifadə etmələrinə şərait yaradırdı. Lakin Talıbovlar və onların himayə etdiyi məmurlar Naxçıvan təbiətini müxtəlif yollarla məhv etdilər. Onların on minlərlə heyvandarlıq təsərrüfatları Naxçıvan təbiətinin qəniminə çevrildi. Otlaqlar, kəndlərdə vətəndaşların təsərrüfatla məşğul olması üçün nəzərdə tutulan otlaq-öyüş yerləri zəbt olundu və nəticədə kəndlilərin heyvandarlıqla məşğul olmasına imkan verilmədi. Bütün ərazilər məmur tayfasının heyvanlarının otlaq ərazilərinə çevrildi.
Məhəmməd kişi qeyd edir ki, bir vaxtlar Naxçıvanda kəklik, turac kimi quşlara tez-tez rast gəlinirdi. Lakin zəngin bitki örtüyünün məhv edilməsi səbəbindən indi həmin quşlara Muxtar Respublika ərazisində ara-sıra rast gəlinir.
Talıbovların talama siyasəti təkcə bununla bitmir. Naxçıvanda zəngin daş örtüyü də bu şəxslər tərəfindən məhv edilir. Naxçıvanda yerləşən Korpusun komandiri Kərəm Mustafayevin qardaşı Nemət Mustafayev tərəfindən daşınaraq satışa çıxarılan sərfətdən əldə edilən gəlir milyonlar dəyərində ölçülür. Talıbovla şərik həyata keçirilən bu əməllərin Naxçıvan təbiətinə vurduğu zərərin dəyəri heçdə sadə dillə ifadə oluna bilməz.
Hazırda Naxçıvanda yoxlamalar davam edir və Muxtar Respublikanın təbiətinə vurulmuş və ən ağır cinayət hesab olunan əməllərin cavabsız qalacağına inanmırıq.
Reallıq.Tv bu yöndə araşdırmalarını davam etdirir və qısa zamanda daha ətraflı məlumat verəcəyik.
Bizi izləyin.
İlkin