Nazir: “Neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən bəzi deputatlar 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 50 dollardan 85 dollara qaldırılmasının riskli olduğunu bildirib. Bəzi deputatlar çıxışlarında neftin qiymətinin 75 dollardan götürülməsi təşəbbüsü ilə çıxış edib.

Maliyyə naziri Samir Şərifov isə bu fikirlərə cavabında narahat olmamağı tövsiyə edib: “2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ayı üzrə daxil olacaq vəsaiti nəzərə alaraq, neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”.