Nazirlər Kabineti yanında Operativ Qərargahdan yeni açıqlama

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib. 

Operativ Qərargahdan Realliq.tv -yə verilən məlumata görə ölkədə indiyədək ümumilikdə 328 994 nəfər koronavirusa yoluxub. Onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.

Azərbaycanda son gün ərzində 7 494, hazırkı dövrədək isə 3 368 394 test aparılıb.