Neft Fondunun 2021-ci il büdcə layihəsi Prezidentə təqdim olunacaq

Dövlət Neft Fondunun Müşahidə Şurası büdcə layihəsini müzakirə edib.

Nazirlər Kabinetinin məlumatına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və Qaydaları, eləcə də digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.