“Neftçi” – “Aris” oyunundan sonra insident baş verib

Bakıda “Neftçi” və Kiprin “Aris” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra insident baş verib.

Reallıq Tv-nin məlumatına görə, qonaqların bəzi oyunçuları görüş bitən kimi “ağ-qaralar”ın futbolçularına hücum edib.

Onları çətinliklə sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Azərbaycan təmsilçsii rəqibini 3:0 hesabı ilə üstələyib. “Neftçi” Kiprdəki ilk görüşdə 0:2 hesabı ilə uduzmuşdu.