Nikol Paşinyan Vladimir Putindən kömək istəməyib – Rusiyadan rəsmi açıqlama

    Kremlin mətbuat katibi Dmitri Peskov  Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan telefon danışığı zamanı Azərbnaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı Rusiya Prezidenti Vladimir Putindən kömək istəməsi barədə yayılan məlumatlara cavab olaraq bildirib :

    ” Xeyr, Paşinyan kömək istəməyib” .

     Daha sonra Dmitri Peskov telefon danışığının məzmumunu açıqlayaraq deyib:

  “Əlbəttə, erməni tərəfi sərhəddə baş verənləri narahatlıqla qarşıladıqlarını deyib. Bu narahatlığı Putin də paylaşdı. Prezident Putin üçtərəfli razılaşmanın bütün müddəalarına, xüsusilə atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb”.