Nikol Paşinyandan açıqlama: Yeni müharibənin ortaya çıxmasını əngəlləmək üçün yekun nizamlanmaya hazıram
Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bildirib ki, zunmüddətli perspektivdə yeni müharibənin ortaya çıxmasını əngəlləmək üçün Qarabağ konfliktinin ( Qarabağ konfliktini Azərbaycan ordusu artıq həll edib – red.) yekun nizamlanmasına hazıram.
Nikol Paşinyan deyib ki, ATƏT-in Minsk Qrupu üzvü olan ölkələr də “ərazi mübahisəsi”nin ( “ərazi mübahisəsi”ni də Azərbaycan ordusu həll edib – red.)yekun həllində israrlıdır, çünki konflikt yenidən alovlana bilər:
“Bu, fövqəladə çətin işdi. Bunun üçün zərbələri üzərinə götürmək qabiliyyətində olan siyasi iradə lazımdır. Xalqla açıq dialoq lazımdır. Biz bu yolla gedəcəyik”.
Bir məsələni də bildirək ki, Paşinyan “ərazi mübahisəsi” dedikdə, güman ki, son günlər Zəngəzur bolgəsində baş verən hadisələri nəzərdə tutur. Paşinyan da bilir ki, Azərbaycanın Qarabağ bölgəsində Azərbaycan ordusu “ərazi mübahisəsi” olmadığını Paşindanın timsalında Ermənistana və onların havadarlarına başa alıb.