Nyu-York- da erməni terrorunun qurbanlarına həsr edilmiş “Şəhid diplomatlar” sərgisi açılıb

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Nyu-York şəhərində  erməni terror aktları nəticəsində 31-i türk diplomatı və onların ailə üzvləri olmaqla, 58 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı “Şəhid diplomatlar” sərgi təşkil edib. Sərgi Türkiyənin XİN  Mövlud Çavuşoğlu iştirakı ilə açılıb.

İctimaiyyətlə Əlaqələr İdarəsinin saytında verilən xəbərə görə, nazir Mövlud Çavuşoğlu sərgidəki çıxışında 1915-ci il hadisələrindən geniş bəhs edərək təkzibolunmaz faktlarla “erməni soyqırımı” mövzusunun tamamilə yalan, uydurma və saxta olduğunu bildirib. Türk diplomatlarına qarşı törədilən terror aktları erməni vandalizminə sübutdur.

Rəsmi hissədən sonra iştirakçılar sərgi ilə tanış olublar.

Nazir Mövlud Çavuşoğlu, həmçinin səfər çərçivəsində Nyu-Yorkda tikilən “Türk Evi”ndəki işlərlə də tanış olub.

Qeyd edək ki, “Şəhid diplomatlar” sərgisində erməni terror təşkilatlarının türkiyəli diplomatlara qarşı həyata keçirdikləri sui-qəsd və terror aktları barədə faktlarla müfəssəl məlumat verilir. Erməni terror təşkilatlarının 1970-ci ildən başlayaraq xaricdə yaşayan türklərə qarşı törətdikləri terror aktları nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib.