Odessada öldürülən soydaşlarımız bir ailənin üzvləridir

Odessada öldürülən azərbaycanlıların kimliyi məlum olub.

“Reallıq Tv”nin xəbərinə görə, maşın karvanının atəşə tutulması nəticəsində ölən İsmayılov Qabil, İsmayılov Nemət, İsmayılov Rəhimdir.
Öldürülənlər bir ailənin üzvləridir.

Odessada yaşayan və Azərbaycana qayıtmaq istəyən 3 azərbaycanlı öldürülüb.
Bu barədə Lent.az-a bu şəhərdə yaşayan həmyerlilərimiz məlumat veriblər. Məlumata görə, 5 nəfər də yaralanıb.

Onların hamısı əslən Kəlbəcərdəndilər.
Hadisə  Мoldovayla sərhəddə Kuçurqan keçid məntəqəsi yaxınlığında baş verib. Onların diversantlar tərəfindən öldürüldüyü deyilir.