“Oğlum hərbiyə yazıldı, amma…” – Afaq Bəşirqızı

“Qazimiz Ərşad əmim qızı Qızılgülün oğludur. Buna baxmayaraq mənim balam kimidir. Oğlum Səmrala oxşayır”.

Bu fikirləri Xalq artisti Afaq Bəşirqızı Cəbrayıla bayraq sancan qazi Ərşad barədə danışarkən bildirib.

“Elgizlə izlə” proqramına telefonla bağlanan aktrisa Birinci və İkinci Qarabağ Müharibəsində 6 şəhid verdiyini bildirib:

“Oğlum Səmral qolundakı qüsura görə əsgərliyə gedə bilmir, ürəyi partlayır. Gedib hərbiyə yazıldı, baxdılar, yenə icazə vermədilər. Ərşada dedim ki, get döyüşə, öldür gəl, ölüb gəlmə”.