Ombudsman Aparatı erməni təxribatı ilə bağlı məlumat yaydı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyi Ermanistanın son təzribatları ilə bağlı məlumat yayıb.
Ombudsman Aparatının yaydığı açıqlamada deyilir ki, mayın 24-dən 26-dək Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Geqarkunik bölgəsindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Kəlbəcər və Gədəbəy rayonlarındakı mövqeləri atəşə tutulub. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhəri istiqamətində də avtomat silahlardan havaya atəş açıblar.
“Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəsi pozmaqla yeni münaqişə ocaqları yaratmaq və bölgədəki insan hüquqlarını təhdid edən hər cür cəhdini qınayırıq. Biz vəziyyəti diqqətdə saxlayırıq və əldə etdiyimiz məlumatlara əsaslanan hesabatlar vasitəsilə beynəlxalq təşkilatları məlumatlandıracağıq” – aparatdan qeyd olunub.