Operativ Qərargahın məlumatı

Nazirlər Kabineti yanında Operativ Qərargahın  məlumatına görə , Azərbaycanda bu gün koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 12 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 991 nəfər müalicə olunaraq sağalıb, 4 851 nəfər vəfat edib. 7 393 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 841, bu günə qədər isə ümumilikdə 3 446 033 test icra olunub.