Oynaqlarındakı ağrıdan əziyyət çəkən Xalq artisti əməliyyat olundu

Azərbaycan Respublikasının Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. 

Bu barədə ARB.tv-də yayımlanan “Elgizlə izlə” verilişində proqrama telefonla bağlanan Xalq artisti  oynaqlarındakı ağrıdan əziyyət çəkdiyi üçün kök hüceyrə köçürməsi əməliyyatının edildiyini bildirərək deyib:

“1995-ci ildən bu xəstəliklə çalışıram. Metastaz verdi, başqa problemlər yaratdı. Xəstə həkiminə inanırsa, yaxşı sonu olur. Orqanizmimdə çox fəsadlar var. Əməliyyata hazırlaşırdım, heç bir həkim də qarantiya vermirdi. Amma bu əməliyyatı öyrəndim, getdim narkoz aldım və uzandım. İndi sağalma hiss edirəm”.