Özbəkistan Qazaxıstana 2 kənd verdi
Özbəkistanın Gülüstan vilayətinin Bağıs və Xiyaban kəndləri qonşu Qazaxıstanın Türküstan vilayətinin Sarıağac dairəsinə birləşdirilib.
İki ölkə arasındakı razılaşma nəticəsində Qazaxıstan ərazisini 796 ha artırıb. Yerli idarəetmə qurumları bununla bağlı – sərhədin dəyişdirilməsinə dair təkliflərini Qazaxıstan hökumətinə təqdim ediblər.
Qeyd edək ki, adıçəkilən kəndlərdə əhalinin yarısı Qazaxıstan, yarısı isə Özbəkistan vətəndaşıdır.