Paşinyan Bakıya üçüncü sənədin imzalanacığı sözünü verib

“Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov mayın 24-də Bakıda işgüzar səfərdə idi, amma oradan bizim üçün ürəkaçan xəbərlə qayıda bilmədi”.

Realliq.Tv bildirir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşr bildirib ki, Muradovun səylərinə baxmayaraq Azərbaycanı sərhədlərin müəyyənləşdirilməsi tələbindən imtina etməyə və qoşunlarını Qaragöldən çəkməyə inandıra bilməyib:

“Ona bildirildi ki, Paşinyanla razılaşma var, sərhədlərin delimitasiyası ilə bağlı işlərin hansı əsasda və hansı xəritədə aparılacağını müəyyən edəcək sənədlər imzalanıb”.

Qəzet qeyd edib ki, Paşinyan Bakıya məsələ ilə əlaqədar üçüncü sənədin imzalanacığı sözünü verib.