Paşinyan seçkidə 60 faiz səs istəyir

Seçki nəticəsində səslərin 60 faizini qazanacağımıza ümid edirik.

Realliq.TV bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.

Seçkilərin nəticəsi olaraq səslərin 60 faizini alacaqlarına ümid edən Nikol Paşinyan bildirib ki, bu, dinc inkişaf dövrünü açmaq üçün lazımdır:

“Başqa ssenarilərə ehtiyacımız yoxdur. Seçkilər keçirilməli və təhlükəsizlik, iqtisadi, sosial problemlərimizin həllinə tam qayıtmalıyıq”.