Paşinyandan ölkəsinin Xarici işlər nazirinin sənəd təkzibinə cavabı : “Sənədləri nazir mənə verir”
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentin iclası zamanı Ermənistan Xarici işlər nazirinin müavini Avet Adonts jurnalistlərə açıqlamasında XİN-in Azərbaycan tərəfi ilə imzalanması planlaşdırılan sənədlə bağlı məlumatının olmadığını bildirməsinə münasibət bildirib.
“Mən o sənədləri necə alıram? Kimsə bunu mənə izah edə bilər? Sənəd Ermənistanın Rusiyadakı səfirliyinə daxil olur, oradan Xarici İşlər Nazirliyinə göndərilir, nazir də mənə verir”, – deyə Paşinyan bildirib.