Paşinyandan rəqiblərinə seçki mesaji: “Xoruzlanmaq çox asandır. Gəlin , üz-üzə danışaq”
Realliq.TV bildirir ki, bu barədə Paşinyan Aparanda tərəfdarları ilə görüşdə bildirib. Qarabağ münaqişəsi mövzusuna, xüsusən də öz qiymətləndirmələrinə və son günlər ictimaiyyətə açıqladığı faktlara toxunan Paşinyan onlara hələlik əsaslı bir cavab verilmədiyini deyib.
“Qarabağ məsələsi ilə bağlı danışıqlar paketi bir neçə səhifədən ibarətdir. O səhifələrdə və tarixdə vətəndaşların bilməli olduqları bir çox nüans var”. Baş nazir Ermənistanın keçmiş rəhbərlərinin onun gətirdiyi arqumentlərə münasibətini gözləyir. O, seçkilər öncəsi debatların olacağını, sabiq prezidentlərin bütün sualları cavablandırmaq məcburiyyətində qalacağını qeyd edib. Levon Ter-Petrosyan və Robert Koçaryanı 18 iyunda canlı debatlarda gözlədiyini də vurğulayıb.
“Müzakirələr zamanı hər şey aydın olacaq. Otaqda oturub xoruzlanmaq çox asandır. Gəlin, üz-üzə danışaq”.
Onun sözlərinə görə, Robert Koçaryan Qarabağın 1997-1998-ci illərdə danışıqlar prosesindən kənarlaşdırılmasının səbəbini izah etməlidir.