Peqov Şoyquya qarşı: “İtkilərimiz daha çoxdur”

Rusiyalı jurnalist, “WarQonzo” telegram kanalının müəllifi Semyon Pegov Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müharibənin 7 ayı ərzində ölkənin 6 minə yaxın insan itirdiyi barədə açıqlamasına münasibət bildirib.

“Biz Şoyquda necə olduğunu bilmirik, amma bizdə daha çoxdur”,- o telegramda yazıb.

Xatırladaq ki, bu gün, sentyabrın 21-də Sergey Şoyqu Ukraynanın müharibədə 100 min, Rusiyanın isə 6 min əsgər itirdiyini bildirib.