Piyadaların təhlükəsizliyi üçün dəyişikliklər

    Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli piyadaların təhlükəsizliyi üçün dəyişikliklər edildiyini bildirib.

   ” Bakı şəhəri üzrə ümumilikdə 236 küçə və prospektdə dəyişikliklər edilməsi ilə bağlı yeni layihələr təklif edilib. Bizim əsas strateji məqsədlərimiz alternativ vasitələr və piyadaların təhlükəsizliyini təmin etməkdir. Küçə və prospektlərdə piyada səkilərinin genişləndirilməsi prosesi davam etdirilir”, – Vüsal Kərimli bildirib.