PKK terrorçusu məhv edildi, 500 min lirə Türkiyənin dövlət budcəsində qaldı

PKK terrorçusu, başına 500 min lirə pul mükafatı qoyulmuş “Rızqar Koçer” kod adlı Sərhad Ericek  həyata keçirilən antiterror əməliyyatları zamanı məhv edilib.

Məlum olub ki, bir müddət əvvəl Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilən 7 terrorçudan biri Sərhad Ericek imiş.

Bildirilir ki, adıçəkilən terrorçu Mardin vilayətinin Boqok bölgəsindən “məsuliyyətli” şəxs sayılıb.