Polis Bakıda azyaşlını oğurlayanların FOTOSUNU yaydı 

Daxili İşlər Nazirliyi Bakıda 2 yaşlı uşağı oğurlayan şəxslərin görüntüsünü yayıb.

Nazirliyin Mətbuat Xidmətindən Reallıq Tv-yə verilən fotonu təqdim edirik: 

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb. 
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.