Putin bu qərarı ilə Aİ ölkələrinə belə zərbə vurdu

Rusiya Prezidenti Vladimir Putinin yanacağın pulunu rublla ödəməkdən imtina edən ölkələrə qaz tədarükünü məhdudlaşdırmaq qərarı Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderlərinin seçki reytinqlərini aşağı salıb.

Reallıq Tv. xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Materialda qışa yaxın bir sıra Avropa ölkələrində seçkilərin keçiriləcəyi bildirilir. “Məhz bu vaxt yerli sakinlər evlərində və iş yerlərində rus qazının çatışmazlığını ən kəskin hiss edəcəklər” – nəşr yazır.

“Rusiyadan qaz təchizatından çox asılı olan Almaniya oktyabr ayında Aşağı Saksoniya federal əyalətində regional seçkilərlə seçki sınağına başlayacaq. Rusiya qazının digər əsas idxalçısı İtaliya gələn ilin ortalarında milli seçkilər keçirməlidir” deyən “The Wall Street Journal” Fransa Prezidenti Emmanuel Makronun Renessans partiyasının seçicilər qarşısında ilk çıxış edəcəyini qeyd edib: “O, ölkənin Milli Assambleyasında öz mövqelərini müdafiə etməli olacaq”.

Nəşr qeyd edib ki, qarşıdan gələn seçkilər Aİ ölkələrinin hazırkı liderləri üçün çətin sınaq olacaq: “Xalqın enerji daşıyıcılarının qiymətinin kəskin bahalaşmasından narazılığı səbəbindən onların istədikləri nəticəni əldə etməsi çətin olacaq”.

Qeyd olunur ki, Avropa hökumətləri istehlakçılara vurulan zərbəni yumşaltmaq üçün xərcləri artırmağa məcburdurlar. Məsələn, İtaliya aşağı gəlirli ev təsərrüfatları və bəzi müəssisələr üçün enerji xərclərini azaltmaq üçün vergi güzəştləri tətbiq edib. Fransa lideri isə qaz qiymətlərini məhdudlaşdırmaq və benzinə endirimlər etmək üçün 28 milyard avro ayrılmasını təsdiqləyib