Putin Solovyovla bağlı sərəncam imzaladı

Rusiya Prezidenti Vladimir Putin teleaparıcı Vladimir Solovyovu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Reallıq Tv. xəbər verir ki, bu barədə Solovyov Teleqram kanalında Putinin sərəncamının surətini yerləşdirərək məlumat verib.

Sərəncamda Solovyovun Rusiyanın müsbət imicinin formalaşmasında böyük xidmətlərinə və ictimai əhəmiyyətli tədbirlərdə fəal iştirakına görə təltif olunduğu bildirilib.