Putinin görüşündə kuryoz olay: LƏNƏT OXUDU – VİDEO

Rusiya Prezidenti Vladimir Putinin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Bosniya və Herseqovina rəyasət heyətinin üzvü Milorad Dodiklə görüşündə kuryoz hadisə baş verib.
Olayın videosu Teleqram kanallarında paylaşılıb.
Belə ki, sinxron-tərcüməçi Bosniya və Herseqovina rəsmisinin uzun çıxışını tərcümə etdikdən sonra dərindən nəfəs alıb və astadan lənət oxuyub. Onun bu sözləri mikrafona düşüb.
Bildirilib ki, görüş təxminən gecə yarısı baş tutub və həmin zaman da sinxron-tərcüməçilər yorulublar.
Qeyd edək ki, görüşdə Dodiklə Putin iki ölkə arasında münasibətlərin çətinliyindən bəhs ediblər. Putin isə əminliklə deyib ki, iki ölkənin münasibətləri davam edir və inkişaf da edəcək.