Qədim Azərbaycan şəhəri necə Ermənistanın paytaxtı oldu

Dövlət Tərcümə Mərkəzi bu gün Ermənistanın paytaxtı kimi tanınan qədim İrəvanın tarixindən – 1827-ci ildə bu əraziyə köçürülmüş ermənilərin Çar Rusiyası hərbi birləşmələrinin köməyi ilə yerli əhalini – azərbaycanlıları şəhərdən sıxışdırıb- çıxarmasından bəhs edən “Qədim Azərbaycan şəhəri necə Ermənistanın paytaxtı oldu” adlı sənədli videoçarx hazırlayıb.

Mərkəzdən Realiq.TV – yə bildirilib ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə Azərbaycan, ingilis və rus dilində yayınlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.