“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda “Rəsm” müsabiqəsi keçirilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq Gənclər evi” sosial Xidmət müəssisəsində Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda “Rəsm” müsabiqəsi keçirilib.
Tədbirin mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov, Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin direktoru Məmmədağa Sadıqov çıxış edərək, qalibləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Müsabiqəsinin yekun nəticəsinə əsasən:
Masallı rayon S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin IX sinif şagirdi Ağayeva İlahə Şöhlət qızı birinci yerə, Qəzvinoba kənd ümumi orta məktəbinin IX sinif şagirdi Abbasova Sevgül Zöhrab qızı ikinci yerə, Masallı rayon Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin VIII sinif şagirdi Hüseynova Zeynəb Natiq qızı üçüncü yerə layiq görülmüşlər. Masallı rayon Ə.Mirzəyev adına Qızılavar kənd tam orta məktəbin VIII sinif şagirdi Məmmədova Həcər Şahin qızı, Masallı şəhər 2 saylı tam orta məktəbin VI sinif şagirdi Babayeva Fatimə Rafiq qızı fərqlənmə diplomları ilə mükafatlandırılıb.
Qaliblərə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar, Təhsil şöbəsi tərəfində isə diplomlar təqdim olunub.