“Qanun nə tələb edirsə, o da olmalıdır” – Nüşabə Ələsgərli

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev barəsində 15 sutka həbs qərarı verilib.
Reallıq Tv xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli İnstaqram hesabında Manaf və onunla birgə olan iş adamı Sənan Hüseynovla bağlı paylaşım edib:

“Manaf Ağayev və Sənan dostumuz hər kəsə yardım edən insanlardır. Əgər bu gün bilmədən səhv edib, müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli həm Manafın, həm də Sənanın doğma rayonudur. Eybi yox, amma artıq söhbətlərə və şərhlərə ehtiyac yoxdur. Onlar Azərbaycan oğullarıdır. Qanun şahdır, vəssəlam. Heç kəs sevinməsin, onları sevirik, qəlbimizdədirlər. Qapıları açıq olsun”.

Qeyd ki, Manaf Ağayev və Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub.