Qarabağ qazisi “Kontakt Home” tərəfindən məhkəmə verilib – İddia
Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu özünün Facebook səhifəsində “Kontakt Home” -nin 470 manat kredit borcuna görə 44 günlük döyüşdə ağır yaralanmış Vətən qazimiz Cavid Aşirovu məhkəmə verməsi ilə bağlı paylaşım edib.
“İnanıram ki, “Kontakt Home”nin rəhbərliyi bilsə, 470 manata görə qazini incitməyə razı olmaz! Qazimizə hələ heç əlillik dərəcəsi verilməyib !”, deyə Rey Kərimoğlu bildirib.