Qaragöl danışıqlarının qeyri-rəsmi açıqlamaları- ermənilərə 2 həftə vaxt verilib

Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.

Reallıq.Tv Xəzər Hərbi Tədqiqatlar İnstitutunun yaydığı məlumata istinadən xəbər verir ki, razılaşmanın ilk bəndləri Azərbaycan üçün kifayət qədər qanedicidir. Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızıbazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazağın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir. Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir. Lakin bu iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.